...

Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 27 İyun 2014 13:24 (UTC +04:00)
Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Birlikdən Trend-ə bildirblər ki, aksiya zamanı iyunun 5-də T.Şıxəliyev 20 ilə K.Kazımzadə 7 küçələrinin kəsişməsindəki ünvanda baş vermiş yanğın nəticəsində məhv olan 22 Eldar şamı və zeytun ağacı əvəzinə 30 ədəd şam ağacı əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd yanğın zamanı ərazidə məhv olmuş yaşıllıq zolağını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirməsinə töhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Ağacəkmə aksiyasında Heydər Əliyev Fondu və IDEA ilə yanaşı, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər IDEA İctimai Birliyi tərəfindən 3 milyon 472 mindən çox ağac əkilib. Birlik bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti