...

Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində istifadə edilən sual kitabçaları saytda yerləşdiriləcək

Cəmiyyət Materials 30 İyun 2014 15:33 (UTC +04:00)
Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində istifadə edilən sual kitabçaları bakedu.gov.az saytında yerləşdiriləcək.
Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində istifadə edilən sual kitabçaları saytda yerləşdiriləcək

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində istifadə edilən sual kitabçaları bakedu.gov.az saytında yerləşdiriləcək.

Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, 10-13 iyun tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində iştirak edən hər bir müəllimin cavab kartı bakuedu.az saytında yerləşdirilib. Bunun üçün müəllimlər iş nömrəsi, məktəb kodu və doğum ilini daxil etməklə şəxsi səhifələrinə daxil olmalıdırlar. Elektron cavab kartı müəllimlərin sınaq qiymətləndirilməsində doldurduğu cavab kartı ilə eynidir.

Əgər elektron cavab kartında variant, bölmə, fənn səhv göstərilibsə və ya müəllimlər nəticələrlə hələ də tanış ola bilmirlərsə, bu o deməkdir ki, qiymətləndirilmə zamanı informasiya cavab kartında səhv qeyd edilib. Bu səbəblərdən yaranacaq problemləri bildirmək üçün müəllimlər bakuedu.az saytındakı müraciət formasını dolduraraq İdarəyə ünvanlamalıdırlar. Nəticələri ilə razı olmayan müəllimlərə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (Xan Şuşinski, 17) ərizə ilə müraciət etmələri tövsiyə olunur.

Bu gündən etibarən 4 gün ərzində qiymətləndirilmənin aparılması ardıcıllığı ilə sual kitabçaları bakedu.gov.az saytında yerləşdiriləcək. Sualların düzgün cavabları hər bir müəllimin şəxsi səhifəsində cavab kartı ilə birlikdə yerləşdirilib. Ləğv olunmuş suallar ulduz işarəsi ilə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti