...

Azərbaycanda istedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı

Cəmiyyət Materials 4 İyul 2014 18:56 (UTC +04:00)
Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna başlanılacaq.
Azərbaycanda istedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanda xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbuluna başlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, Azərbaycan təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013-cü il tarixli əmrinə müvafiq olaraq, Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq.

Qeyd edək ki, "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinifə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti