...

ƏƏSMN Gəncədə 8 rayonun işəgötürənləri üçün "Açıq qapı" günü keçirib

Cəmiyyət Materials 7 İyul 2014 12:13 (UTC +04:00)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair maarifləndirmə tədbirlərinə başlayıb.
ƏƏSMN Gəncədə 8 rayonun işəgötürənləri üçün "Açıq qapı" günü keçirib

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bölgələrdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə qaydalarına dair maarifləndirmə tədbirlərinə başlayıb. Növbəti belə tədbirlərdən biri Gəncə şəhərində keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Əmək müqaviləsi bildirişi sənin əmək hüquqlarının müdafiəsinin təminat formasıdır" adı altında keçirilən "Açıq qapı" günü-vətəndaş forumunda Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Samux və Göy-göl rayonlarında fəaliyyət göstərən işəgötürənlər, ayrı-ayrı vətəndaşlar iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan forumda çıxış edənlər Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli Fərmanının işçi hüquqlarının etibarlı təminatı mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıblar. Bu islahat tədbiri nəticəsində qeyri-leqal əməyin qarşısının alınması, işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsi, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarının artırılması üçün daha mükəmməl əsasın formalaşacağı qeyd olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənləri maraqlandıran suallar ətraflı cavablandırılıb. Forum çərçivəsində baş tutan təqdimatlar əsasında əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları nəzərə çatdırılıb. Bununla yanaşı, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması üçün sistemə daxil edilməsi, qeydiyyatdan keçirilməsi və bu barədə işəgötürənə məlumat verilməsi prosedurları, əmək müqaviləsi bildirişinin, habelə əmək müqaviləsi bağlanıldığı, dəyişiklik edildiyi və ya xitam verildiyi halda əmək müqaviləsi bildirişinin formaları əyani şəkildə nümayiş etdirilib. Bildirişlərin "Elektron hökumət" portalı üzərindən (https://www.e-gov.az) sistemə daxil edilməsi üçün zəruri olan gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin edilməsi və s. barədə məlumatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti