...

"Albalı Plus" kuboku uğrunda futbol çempionatı yekunlaşır

Cəmiyyət Materials 1 Avqust 2014 16:00 (UTC +04:00)
"Unibank"ın "Albalı Plus" kuboku uğrunda futbol çempionatı başa çatır.
"Albalı Plus" kuboku uğrunda futbol çempionatı yekunlaşır

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Unibank"ın "Albalı Plus" kuboku uğrunda futbol çempionatı başa çatır.

Bankdan Trend-ə verilən məlumata görə, bu günlərdə kubokun sahibləri məlum olacaq. Bank əməkdaşlarının və bankın 10-dan artıq partnyor komandasının qatıldığı həyəcan dolu oyunlarda 30-dan çox komanda "Albalı Plus" kuboku uğrunda gərgin mübarizə aparıb.

Avqustun 3-də "Abu Arena" İdman Kompleksində keçirilən final oyunlarında qalib komandalar müəyyənləşəcək. Partnyor şirkətlərin və müştərilərin də qatılacağı kubok qaliblərinin təntənəli mükafatlandırılması mərasiminin iştirakçılarını sürprizlər gözləyir.

Qeyd edək ki, "Albalı Plus" kuboku uğrunda futbol çempionatında 10-dan artıq şirkətin komandası iştirak edib: Mərkəzi Bank, MilliKart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, Integral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit. Çempionat olimpiya sistemi, yəni "uduzan çıxdı" qaydası ilə keçirilib. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunur. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna və ən yaxşı qapıçısına da xüsusi hədiyyə təqdim olunacaq.

Hər birinizi 3 avqust saat 19:00-da başlayacaq həyəcan dolu final oyunlarını izləməyə və qalib komandaların möhtəşəm mükafatlandırma mərasiminə dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti