Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsində təhlükəsizliyin təmin edilməsi, hərəkət iştirakçılarının rahat, fasiləsz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təbliğat işlərinin aparılmasına böyük diqqət ayrılır. Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, bu məqsədlə idarənin təbliğat üzrə əməkdaşlarının fəaliyyəti ilə maarifləndirici videoçarxlar yayılır. Onun sözlərinə görə, ümumiyyətlə, təbliğat işlərinin mütəmadi aparılması yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.
Bölmə rəisi qeyd edib ki, hadisələrin təhlilinə nəzər saldıqda görünür ki, təhlükəsizlik kəmərinin taxılmaması yol qəzaları zamanı ölümə səbəb olur.
Trend oxucularına maarifləndirici videoçarxlardan birini təqdim edir. Videoçarxda da göstərildiyi kimi, ata təhlükəsizlik kəmərindən istifadə etmədiyindən, məktəbli oğlu ona iradını bildirir.
Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən avqustun 2-dək Bakı şəhəri üzrə 529 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 165 nəfər həlak olub, 554 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı yol polisi xəbərdarlıq edir (VİDEO)
Video Player