...

Bakının bir hissəsi susuz qalacaq

Cəmiyyət Materials 1 Sentyabr 2014 19:11 (UTC +04:00)
Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq
Bakının bir hissəsi susuz qalacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Sabah Bakının bir hissəsi susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 2 sentyabr 2014-cü il tarixdə, saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti