...

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol açıldı

Cəmiyyət Materials 5 Sentyabr 2014 10:06 (UTC +04:00)
Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yol açıldı

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-nə keçən gecə Bakı Dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-dək olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanmışdı.

Bu gündən etibarən yol artıq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti