...

Tarif Şurası gediş haqları dəyişdirilən avtobus marşrutlarının siyahısını açıqladı

Cəmiyyət Materials 9 Sentyabr 2014 13:47 (UTC +04:00)
Azərbaycanın Tarif Şurası bəyan edir ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Tarif Şurası gediş haqları dəyişdirilən avtobus marşrutlarının siyahısını açıqladı

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın Tarif Şurası bəyan edir ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Şuradan Trend-ə verilən məlumata görə, belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2014-cü il tarixində keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar Şuranın 26 aprel 2013-cü il tarixli Qərarına dəyişikliklər edilib.

Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı mövcud 20 qəpik səviyyəsində saxlanılıb, şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar 8 marşrut xəttinin (114, 131, 146, 181, 189, 202, 203, 215) məsafəsi qısaldığından, 15 marşrut xəttinin (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) məsafəsi isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti