...

Əli Həsənov: “Qanlı göl" ətrafında məskunlaşan məcburi köçkünlər köçürüləcək

Cəmiyyət Materials 24 Sentyabr 2014 12:18 (UTC +04:00)
“Qanlı göl" ətrafında məskunlaşan məcburi köçkünlər köçürüləcək, çünki gələn il təşkil ediləcək ilk Avropa Oyunları ilə bağlı orada da qonaqlar yerləşdiriləcək.
Əli Həsənov: “Qanlı göl" ətrafında məskunlaşan məcburi köçkünlər köçürüləcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Qanlı göl" ətrafında məskunlaşan məcburi köçkünlər köçürüləcək, çünki gələn il təşkil ediləcək ilk Avropa Oyunları ilə bağlı o ərazidə də qonaqlar yerləşdiriləcək. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, məcburi köçkünlər üçün "Lider" televiziyasının arxasında bir bina tikilib: "İnsanlar narazılıq edirlər ki, orada şəxsi evləri, həyətləri var. Düz söyləyirlər. Çalışacağıq ki, həmin narazılıqları aradan götürək".

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışla bağlı da danışan komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən ona tapşırıq verib. Xırdalan şəhəri, 26-cı məhəllədəki 4 mərtəbəli binada təmir işləri aparılır: "Tezliklə binanın iki blokundan köçürülənləri geri qaytaracağıq. İki blok təmir ediləcək, ailələr o bloklara köçürüləcək. Partlayış nəticəsində uçan blokda olan ailələri isə mənzillərlə təmin edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti