...

İranda "Xəzər dənizi balıqları" poçt markası çap olunub

Cəmiyyət Materials 29 Sentyabr 2014 09:45 (UTC +04:00)
İranda ilk dəfə olaraq “Xəzər dənizi balıqları” poçt markası çap olunub. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.
İranda "Xəzər dənizi balıqları" poçt markası çap olunub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranda ilk dəfə olaraq "Xəzər dənizi balıqları" poçt markası çap olunub. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, poçt markasının üzərində Xəzərin beş növ balığının şəkili təsvir olunub.

Bu balıqlar İran nərəsi (Acipenser persicus), kütüm (Rutilus frisii kutum), çəki (Cyprinus carpio), çapaq (Abramis brama) və qızılbalıqdır.

"Xəzər dənizi balıqları" poçt markasını İranın Balıqçılıq Təşkilatı və Poçt Şirkəti birgə hazırlayıb.

Markaların həm ölkə daxilində, həm də xaricdə satışı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti