...

Nazir müavini: Azərbaycan və Litva təhsil və elm sahəsində əməkdaşlığı inkişaf etdirməlidirlər

Cəmiyyət Materials 4 Oktyabr 2014 12:26 (UTC +04:00)
Azərbaycan və Litva təhsil və elm sahəsində uğurla əməkdaşlıq edə və gələcək əlaqələri inkişaf etdirə bilərlər.
Nazir müavini: Azərbaycan və Litva təhsil və elm sahəsində əməkdaşlığı inkişaf etdirməlidirlər

Litva, Vilnüs, 4 oktyabr /Trend, müxbir Elçin Hüseynov/

Azərbaycan və Litva təhsil və elm sahəsində uğurla əməkdaşlıq edə və gələcək əlaqələri inkişaf etdirə bilərlər. Trend xəbər verir ki, bu barədə Vilnüsdə azərbaycanlı jurnalistlərə Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaytkus bildirib.

O deyib: "Tərəflər tələbə və müəllim mübadiləsini genişləndirə bilərlər. Litva tərəfi azərbaycanlı tələbələrin sayının artmasına şaddır, lakin tempin artırılmasını davam etdirmək lazımdır".

Vaytkusun sözlərinə görə, Litva tərəfi əməkdaşlığın birtərəfli olmasını istəmir və ona görə də öz gənclərinin xüsusilə neft emalı, neft hasilatı, kimya sənayesi sahələrində Azərbaycanda təhsil almalarına maraq göstərir.

Nazir müavini hesab edir ki, tərəflər ali məktəblərdə keyfiyyətli təhsil təcrübəsini bölüşə bilərlər. Onun sözlərinə görə, tərəflər arasında elmi əməkdaşlıq da mühümdür. Hər iki tərəfdə təkmilləşdirmələr var, Azərbaycan və Litva alimləri birgə layihələrin reallaşdırılması üzərində işləyə, bir-birinə kömək edə bilərlər.

Bundan əlavə, Vaytkus qeyd edib ki, ali məktəblər arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün mədəni mübadilə vacibdir.

Nazir müavini bildirib ki, hər iki ölkə artıq 25 ilə yaxındır ki, müstəqillik əldə ediblər və təhsil və elm sahəsində hazırkı əməkdaşlığın səviyyəsi tərəfləri qane etməməlidir. Litva Avropa İttifaqının üzvü kimi ölkənin təhsil və elm sahəsindəki rəqabət imkanlarının artırılmasına investisiya qoyur. Yeni elmi binalar, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar tikilir, ciddi tədqiqatlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti