...

Əli Xamneyi 1250-dən çox məhbusu əfv etdi

Cəmiyyət Materials 11 Oktyabr 2014 12:08 (UTC +04:00)
İranın ali lideri Ayətullah Əli Xamneyi Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 1256 nəfərin əfv olunması barədə fərman imzalayıb.
Əli Xamneyi 1250-dən çox məhbusu əfv etdi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

İranın ali lideri Ayətullah Əli Xamneyi Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 1256 nəfərin əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İranın "Mehr" agentliyinə istinadən məlumat verir.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət etmişdi. Məktubda 1256 məhbusun əfv edilməsi xahiş olunurdu. Ə.Xamneyi məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti