...

Azərbaycandakı mehmanxanaların sayı açıqlandı

Cəmiyyət Materials 16 Oktyabr 2014 11:36 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında ölkədə 527 mehmanxana mövcud olub.
Azərbaycandakı mehmanxanaların sayı açıqlandı

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

2014-cü ilin yanvar-iyun aylarında ölkədə 527 mehmanxana mövcud olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, mehmanxanalarda nömrələrin sayı 16876 vahid, birdəfəlik tutum 34731 çarpayı-yer təşkil edib. Birdəfəlik tutumun 11807-si Bakı, 927-si Gəncə şəhərlərindəki mehmanxanalarda, 6563-ü Xaçmaz, 1195-i Masallı, 1184-ü Quba, 13055-i isə ölkənin digər rayon və şəhərlərindəki mehmanxanalarda mövcuddur.

Bu dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 319,0 min nəfər olub ki, onların da 58,8 faizini xarici ölkə vətəndaşları təşkil edib.

Mehmanxanalarda gecələyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 min nəfər artaraq 187,7 min nəfərə çatıb.

Gecələyən Azərbaycan vətəndaşlarınm sayı 131,3 min nəfər olmuşdur. Qonaqların 49,8 min nəfəri (15,6 faizi) turizm yollayışları ilə gələnlər olub.

Hesabat dövründə gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 711,8 min adam-gecə təşkil edib və bunun 57,2 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 70,5 faizi Bakı şəhərində, qalan hissəsi isə ölkənin digər rayonlannda (şəhərlərində) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti