...

Zaqrebdə Azərbaycan dili kursu açılıb (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2014 19:34 (UTC +04:00)
Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Zaqreb Universitetinin Humanitar və sosial elmlər fakültəsinin macar, türk və yəhudi dilləri ixtisasının Türk dili və ədəbiyyatı bölməsinin tərkibində Azərbaycan dili kursu açılıb.
Zaqrebdə Azərbaycan dili kursu açılıb (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Zaqreb Universitetinin Humanitar və sosial elmlər fakültəsinin macar, türk və yəhudi dilləri ixtisasının Türk dili və ədəbiyyatı bölməsinin tərkibində Azərbaycan dili kursu açılıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, açılış mərasimində səfir Kamil Xasiyev, universitetin Humanitar və sosial elmlər fakültəsinin macar, türk və yəhudi dilləri ixtisasının dekan müavini İvana Franiç, Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri Ekrem Çauşev, qonaqlar və tələbələr iştirak ediblər.

Tədbiri açılış nitqi ilə başlayan səfir K.Xasiyev Azərbaycan və Xorvatiya arasında mövcud əməkdaşlıq münasibətlərindən söz açıb, universitetdə Azərbaycan dili kursunun açılmasını Xorvatiya ilə Azərbaycan arasındakı mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda, təhsil sahəsində əlaqələrin inkişafına yönəlmiş tarixi addım kimi dəyərləndirib.

Daha sonra çıxış edən xanım İ.Franiç universitetdə Azərbaycan dili kursunun açılmasının Xorvatiyada ölkəmizin təbliği baxımından mühüm hadisə olduğunu qeyd edərək tələbələrə uğurlar arzulayıb.

Açılış mərasimindən sonra ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş təqdimat keçirilib, videoçarxlar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti