...

"Bakının bu hissəsi dəyişməyəcək" (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2014 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Böyük Britaniyanın məşhur "Mirror" qəzetində Azərbaycanın turizm baxımından gəzməli-görməli yerləri barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqaləni məşhur britaniyalı jurnalist və səyahətçi Kris Qranet yazıb.

O, məqaləsində Bakıya səfəri zamanı yaddaqalan təəssüratlarını bölüşüb: "Mən Bakının inkişaf miqyasından heyrətləndim. Biz Sovet dövrünün təmir edilmiş evlərinin, parlaq müasir neoklassik qüllələrin və əymə şüşədən ibarət ultramüasir hündürmərtəbəli binaların yanından keçdik. Elmi-fantastik kosmodromlara bənzəyən yanacaqdoldurma məntəqələrində olduq. Sahil boyunca qövsvari əyilən nəhəng işıqlandırılmış bulvar. Və başımızın üzərində məşəl formasında üç sürrealist qüllə ucalırdı".

Müəllif Bakıdan bu qədər gözəllik gözləmədiyini bildirir. O, etiraf edir ki, britaniyalılar Azərbaycan və Bakı haqqında az bilirlər.

Məqalədə deyilir ki, Bakı 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edib və onun loqotipi olan "Land of fire" İspaniyanın hazırda futbol üzrə ölkə çempionu Madrid "Atletiko"sunun formasında əks olunub: "2016-cı ildə Bakıda Formula-1 Qran-prisi keçiriləcək. Gələn ilin iyununda isə ilk Avropa Oyunlarını - olimpiadanın regional növü Bakı təşkil ediləcək".

K.Qranet yazır ki, tezliklə Azərbaycanda dünyanın ən hündür binası tikiləcək: "The Azerbaijan Tower" binasının hündürlüyü 3445 fut olacaq və hündürlüyü 2722 fut olan "Bürc Xəlifə" göydələninin rekordunu təzələyəcək".

Son zamanlar Bakının tanınmayacaq qədər dəyişdiyini yazan müəllif qeyd edir ki, şəhərin heyrətamiz arxitektura görünüşü inkişaf etməyə davam edir: "Lakin Bakının bu hissəsi - UNESCO-nun Ümumdünya İrs Siyahısına düşmüş İçərişəhər isə dəyişməyəcək".

Heydər Əliyev Mərkəzi isə səyahətçiyə daha böyük təsir edib: "Bu bina maye kimi azaddır, onun forması müasir arxitekturanın ən yaxşı nümunəsidir".

Səyahətçi Bakıya səfəri zamanı Qobustan qoruğuna da baş çəkib. O, burada tarixdən əvvəlki petroqliflərdən, qouruğun ətrafındakı gözəl mənzərələrdən və iri "Khazar Islands" layihəsindən heyrətlənib.

Müəllif oxucularına Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə də məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti