...

Dövlət Komitəsinin sədri: Dini qurumlara ayrılmış vəsait onlara layihələr formasında veriləcək

Cəmiyyət Materials 28 Noyabr 2014 11:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda dini icmalara ayrılmış vəsait onlara müəyyən layihələr formasında veriləcək.
Dövlət Komitəsinin sədri: Dini qurumlara ayrılmış vəsait onlara layihələr formasında veriləcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda dini icmalara ayrılmış vəsait onlara müəyyən layihələr formasında veriləcək. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında bildirib.

M.Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini icmalara yardım məqsədilə 2,5 milyon manat vəsait ayrılıb. Sərəncamda məsələnin mahiyyəti də öz əksini tapıb: "Yəni biz dini icmalara müəyyən maliyyə yardımları göstərməklə ənənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyəti gücləndirəcəyik. Bu vəsait ölkəmizdə mövcud olan 600-ə yaxın dini icmaya müəyyən layihələr formasında veriləcək və onlar layihələr şəklində bu vəsaitdən istifadə edərək dini maarifləndirmə işinə öz töhfələrini vermiş olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti