...

Gəncədə yeni yaradılmış qəsəbələrdə infrastruktur layihələrin icrası davam edir (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2014 18:15 (UTC +04:00)
Şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun gəlməyən qanunsuz tikililər sökülür.
Gəncədə yeni yaradılmış qəsəbələrdə infrastruktur layihələrin icrası davam edir (FOTO)

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 35 min əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yolunun çəkilişi, eləcə də qəsəbədaxili yolların, infrastrukturun yaxşılaşdırılması üzrə layihələrin həyata keçirilməsi davam edir.

Bu gün Cavad xan qəsəbəsində qaz, işıq, su və kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar olaraq həmin infrastruktur layihələrin yeri müəyyənləşdirilib. Qəsəbədən keçəcək avtomobil yolunun üzərinə düşən qanunsuz tikililər sökülüb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsinin müdiri Fədail Səlimovun verdiyi məlumata görə, şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun gəlməyən qanunsuz tikililər sökülür. Belə ki, qəsəbədə yolların eni 12 metr, baş yolların eni isə 16 metr olacaq.

Digər qanunsuz tikilmiş evlər isə sənədləşdirilmək üçün qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti