Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İlkin İzzət/
Müdafiə Nazirliyi ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyi Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.
Trend həmin videoçarxı olduğu kimi təqdim edir.
Qeyd edək ki, dekabrın 12-də Azərbaycanda ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü qeyd ediləcək.