...

Millət vəkili uşaqlar üçün Yeni il düşərgəsi təşkil edib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2014 16:26 (UTC +04:00)
Milli Məclisin deputatı Fuad Muradov təmsil etdiyi Səbail rayonunun orta məktəblərində təhsil alan uşaqlar üçün Yeni il münasibətilə düşərgə təşkil edib.
Millət vəkili uşaqlar üçün Yeni il düşərgəsi təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Milli Məclisin deputatı Fuad Muradov təmsil etdiyi Səbail rayonunun orta məktəblərində təhsil alan uşaqlar üçün Yeni il münasibətilə düşərgə təşkil edib. Bu barədə Trend-ə millət vəkilinin özü məlumat verib.

Onun sözlərinə görə, dekabrın 12-dən 14-dək davam edən düşərgəyə Səbail rayonunun orta məktəblərində təhsil alan 30 nəfər şagird qatılıb: "Düşərgənin əsas məqsədi Yeni il ərəfəsində gənclərə asudə vaxtın səmərəli təşkili üçün şərait yaratmaq və aktual mövzular haqqında müzakirələr aparmaq olub".

Uşaqlar asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif oyunlar, intellektual yarışmalar keçiriblər. Məktəblilər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Deputat F.Muradov uşaqlara Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət, təhsil sahəsində aparılan işlər, gənclər siyasətinin hədəfləri barədə danışıb.

Qeyd edək ki, düşərgə çərçivəsində deputatın iştirakı ilə futbol yarışı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti