...

Paytaxt yollarının vahimə mənbəyi - avtobus gəlir (VİDEO)

Cəmiyyət Materials 21 Yanvar 2015 14:22 (UTC +04:00)
Bakıda sərnişin avtobusu əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza şəraiti yaradıb.
Paytaxt yollarının vahimə mənbəyi - avtobus gəlir (VİDEO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda sərnişin avtobusu əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza şəraiti yaradıb.

Trend-in təqdim etdiyi videokadrlardan göründüyü kimi, 88 saylı xətt avtobusu ötmə əməliyyatını yerinə yetirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtobus əks istiqamətli hərəkət zolağına çıxaraq sürətlə hərəkət edir və qəza şəraiti yaradır. Özünün, sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atan sürücü avtobusu onunla qarşı-qarşı gələn minik avtomobili ilə toqquşmadan son anda yayındıra bilir və heç nə olmamış kimi hərəkətinə davam edir.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində, Bakı Tennis Akademiyasının və 248 nömrəli orta məktəbin qarşısında baş verib.

Trend həmin hadisənin videogörüntüsünü təqdim edərək bir daha sürücüləri və piyadaları yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Xatırladaq ki, ötən il Bakıda avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti