...

Azərbaycanda məhkəmə qərarlarının nə qədəri icra edilir?

Cəmiyyət Materials 25 Yanvar 2015 10:10 (UTC +04:00)
Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.
Azərbaycanda məhkəmə qərarlarının nə qədəri icra edilir?

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, məhkəmə qərarlarının icrası ilə bağlı 2014-cü ildə yerli icra qurumlarının icraatında 278 862 icra sənədi olub ki, onlardan da qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülərək 70%-nin icrasına nail olunub.

"İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. İcra sənədi icra olunduğuna görə isə 929 şəxs barəsində əvvəl qoyulmuş məhdudiyyətin götürülməsi haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti