...

Jurnalistlərin polis dostunun rütbəsi artırıldı

Cəmiyyət Materials 23 Yanvar 2015 12:38 (UTC +04:00)
Jurnalistlərin yol polisi dostu polkovnik oldu.
Jurnalistlərin polis dostunun rütbəsi artırıldı

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun rütbəsi artırılıb.

Trend xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Vaqif Əsədova polis polkovniki rütbəsi verilib.

Qeyd edək ki, nazirin əmrinə qədər Vaqif Əsədov polis polkovnik-leytenantı rütbəsini daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti