...

Bilik Fondunun yeni təşəbbüsü (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2015 16:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qəbələ rayonu üzrə nümayəndəsi, P.Osmanov adına 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimovanın təşəbbüsü ilə Qəbələdə “English Conversational Club” fəaliyyətə başlayıb.
Bilik Fondunun yeni təşəbbüsü (FOTO)

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qəbələ rayonu üzrə nümayəndəsi, P.Osmanov adına 2 saylı tam orta məktəbin direktoru Təranə Səlimovanın təşəbbüsü ilə Qəbələdə "English Conversational Club" fəaliyyətə başlayıb.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, klubun məqsədi şagirdlərdə ingilis dilinə həvəsi artırmaq, bu dildə müstəqil danışmağı öyrətmək, kommunikativ bacarıqları inkişaf etdirmək, ədəbi irsimizin nümunələrini şagirdlərin köməyi ilə tərcümə etməkdir.

Klubun birinci məşğələsində "Anam Azərbaycan" mövzusunda şagirdlər arasında ingilis dilində "dəyirmi masa" keçirilib. Məktəblilər qruplara bölünərək ingilis dilində Azərbaycan ədəbiyyatı, Azərbaycan təbiəti, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası haqqında fikir mübadiləsi aparıblar. Azərbaycana həsr olunmuş film göstərilib və şagirdlər ingilis dilində öz təəssüratlarını bölüşüblər.

"English Conversational Club"un növbəti məşğələsində görkəmli maarifçi yazıçı İsmayıl bəy Qutqaşınlının ədəbi irsindən parçalar ingilis dilində tərcümə edilib.

Layihə 9-13 yaşlı şagirdləri əhatə edir. Rayon ərazisindəki bütün məktəblərin kluba cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti