...

Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar

Cəmiyyət Materials 30 Yanvar 2015 10:36 (UTC +04:00)
N.Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, E.Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıblar.
Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Baş Prokurorluğunda kadr təyinatları aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinin, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

N.Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, E.Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Baş Prokurorluğun Kadrlar İdarəsinin keçmiş rəisi Bəhruz Mahmudov və Beynəlxalq Əlaqələr İdarəsinin keçmiş rəisi Ruslan Hacıyev qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndəriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti