...

Azərbaycanda səfərbərlik hazırlığı üzrə tapşırıqlar həyata keçirilir

Cəmiyyət Materials 4 Fevral 2015 11:18 (UTC +04:00)
Təlimlər zamanı səfərbərlik hazırlığı üzrə tapşırıqlar mütəşəkkil qaydada həyata keçirilib.
Azərbaycanda səfərbərlik hazırlığı üzrə tapşırıqlar həyata keçirilir

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Təlimlər zamanı səfərbərlik hazırlığı üzrə tapşırıqlar mütəşəkkil qaydada həyata keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.

Təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub.

Hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər.

Müvafiq icra hakimiyyəti orqanlarının birlikdə apardıqları təbliğat və maarifləndirmə işlərinin nəticəsi olaraq təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər üzərlərinə düşən vəzifələri yerinə yetirməyə yüksək hazırlıq və vətənpərvərlik ruhu nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti