Azərbaycan, Bakı, 6 fevral /Trend/
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesinin elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub.
Trend İdarənin saytına istinadən məlumat verir ki, bu məqsədlə hazırda sistem üzrərində son tamamlama işləri aparılır.
Sistemin təkmilləşməsi üçün BŞTİ I sinifə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.
Bu səbəbdən fevralın 5-i Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqıında məlumatlandırılıb.
Görüş qarşılıqlı müzakirə şəklində keçib, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.