...

Birinci sinfə gedəcək uşaqların işi asanlaşdırılır

Cəmiyyət Materials 10 Fevral 2015 12:03 (UTC +04:00)
Azərbaycanın orta təhsil müəssislərində birinci siniflərə qəbul elektron formada aparılacaq.
Birinci sinfə gedəcək uşaqların işi asanlaşdırılır

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın orta təhsil müəssislərində birinci siniflərə qəbul elektron formada aparılacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov çərşənbə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sistemin sınağı keçirilir: "Yeni sistem valideynlərin orta təhsil müəssislərinə müraciətləri zamanı üzləşdikləri problemləri aradan qaldırmağa imkan verəcək".

Birinci siniflərə müraciətlərin elektron qəbulu sisteminin Bakı şəhərinin məktəblərində tətbiqi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti