...

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin vəzifələri

Cəmiyyət Materials 10 Fevral 2015 12:27 (UTC +04:00)
Azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin vəzifələri

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu "Azərbaycanlılara qarşı soyqırımların tədqiqi" Komissiyasının sədri, AMEA prezidenti, akademik Akif Əlizadə adıçəkilən komissiyanın icalsında deyib.

Akademiya rəhbəri bildirib ki, göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsi ermənilərin uydurma "faktlar"a uyğun yaydıqları informasiyalara tutarlı cavabdır.

AMEA prezidenti soyqırım tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin qarşısında duran vəzifələrdən danışıb.

Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırımları əks etdirən tarixi xəritələrin və elektron variantlarının hazırlanması, işğal olunmuş ərazilərdəki Azərbaycan toponimlərinin ingilis, rus, fransız və ərəb dillərində düzgün orfoqrafik yazılış kataloqunun hazırlanması, azərbaycanlılara qarşı soyqırımlara həsr edilmiş elmi konfransların keçirilməsi, bu mövzuda KİV-də məqalələrin çap edilməsi, kitabların təqdimatı və müzakirəsi, soyqırımlara dair rəsm sərgilərinin təşkili və s. məsələlər barədə ətraflı danışıb.

Hər bir məsələyə dair məsul şəxslərin təyin olunduğunu qeyd edən akademik İsa Həbibbəyli işçi qruplarında təmsil olunan alimlərin qaşısında qoyulan konkret vəzifələri diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti