...

Azərbaycanda valideynlərin bunu bilməsi vacibdir

Cəmiyyət Materials 19 Fevral 2015 14:30 (UTC +04:00)
Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.
Azərbaycanda valideynlərin bunu bilməsi vacibdir

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Trend-ə bildirib ki, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər edilməsini təklif etmək niyyətindədir.

Millət vəkili hesab edir ki, ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir: "Ağız boşluğunda olan infeksiya sonradan daha ciddi fəsadlara gətirib çıxarır. Bunun qarşısını vaxtında almaq lazımdır ki, digər xəstəliklərə yol açmasın. Biz uşaqlar haqqında hər şeyi fikirləşirik, amma onların ağız boşluğunda hansı problemlərin olduğunu fikirləşmirik. Hesab edirəm ki, orta məktəblərdə şagirdlərin ağız boşluğunun müayinə olunması, müayinədən sonra lazım gələrsə, müalicə edilməsi və müalicənin də uşaqlara ağrı, psixoloji tramva vermədən aparılması vacib məsələdir".

İ.Məmmədov vurğulayıb ki, bu gün Azərbaycanda səhiyyə sahəsi xeyli inkişaf edib, Azərbaycanda orqan köçürməsindən tutmuş digər ən ağır əməliyyatlar həyata keçirilir: "Ancaq elə məsələlər var ki, nəzərimizdən qaçır. Gərək valideynlər özləri də bu məsələdə diqqətli olsunlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti