...

Rusiyadan xahiş: Bakıya “Qəhrəman şəhər” adı verilsin!

Cəmiyyət Materials 24 Fevral 2015 14:33 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında Bakıya “Qəhrəman şəhər” adının verilməsi təklif olunub.
Rusiyadan xahiş: Bakıya “Qəhrəman şəhər” adı verilsin!

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən iclasında Bakıya "Qəhrəman şəhər" adının verilməsi təklif olunub. Trend-in məlumatına görə, deputat Yevda Abramov Bakının Böyük Vətən müharibəsində böyük rol oynadığını deyib və bildirib ki, buna görə də Bakıya "Qəhrəman şəhər" adı verilməlidir.

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov təklifə müsbət yanaşıb: "Amma təəssüf ki, SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov kimi mənəviyyatsız insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdilər. Bir müddət əvvəl spiker Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin qarşısında bu məsələni qaldırıb. Görək nə cavab verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti