...

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Cəmiyyət Materials 6 Mart 2015 13:44 (UTC +04:00)
Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.
Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda dərman vasitələri üzərində dövlət nəzarəti gücləndirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Həmçinin, nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək, həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti