...

Səyahəti sevənlər üçün

Cəmiyyət Materials 1 Aprel 2015 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF) öz işinə başlayacaq.

Trend-in məlumatına görə, bununla əlaqədar bu gün keçirilən mətbuat konfransında sərginin təşkilatçısı olan "Iteca Caspian" şirkətinin sərgi meneceri Xəyal Əliyeva bildirib ki, 2-4 aprel tarixində keçiriləcək AITF sərgisində 42 ölkədən 370-dən çox şirkət 80 turizm istiqaməti üzrə öz eksklüziv təkliflərini təqdim edəcək.

Onların arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə-sağlamlıq və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var.

Sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edəcək və onların arasında Türkiyə, İran, Gürcüstan, Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Maldiv, Mərakeş, BƏƏ, Sloveniya və Tailand var.

Bu il "Tibbi turizm" və "Xaricdə daşınmaz əmlak" istiqamətlərini təqdim edən iştirakçıların da sayı xeyli artıb. AITF sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

Sərgi Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (ITTFA) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun britaniyalı tərəfdaşı "ITE Group Plc" şirkətləri çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti