...

"Kriminal səpkili materialların həddən artıq olması efirimizin çatışmazlıqlarındandır"

Cəmiyyət Materials 10 Aprel 2015 19:07 (UTC +04:00)
"Kriminal səpkili materialların həddən artıq olması milli efirimizin, xüsusilə xəbər buraxılışlarının çatışmazlıqlarındandır".
"Kriminal səpkili materialların həddən artıq olması efirimizin çatışmazlıqlarındandır"

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Kriminal səpkili materialların həddən artıq olması milli efirimizin, xüsusilə xəbər buraxılışlarının çatışmazlıqlarındandır".

Trend-in məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələrində deyilir.

Qeyd olunur ki, bir sıra xəbərlər-informasiya proqramlarında qəddarlıq, fiziki zorakılıq səhnələri, ölmüş insan cəsədləri ətraflı şəkildə nümayiş etdirilir ki, bu da uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilir: "Qeyd edək ki, Şura hələ 1 mart 2006-cı il tarixdə sözügedən problemlərin də əksini tapdığı normativ hüquqi akt - "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar" qəbul edib. Məqsədəuyğun olardı ki, uşaqlara diqqət əlaməti olaraq kriminal xarakterli xəbərlər bir qayda olaraq saat 23:00-dan sonra efirə verilsin".

Bu Qaydaların pozulmasına görə Şura tərəfindən yayımçılara qarşı dəfələrlə müxtəlif inzibati tənbeh tədbirləri tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti