Azərbaycan, Bakı, 21 aprel /Trend/
"Azərişıq"ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib. Bunu Trend-ə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, artıq "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC ləğv edilib.
Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb: "İdarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək".
"Azərişıq" rəsmisi bildirib ki, yeni yaradılmış regional idarələrə rəhbərlər təyin edilib.