...

Zaqatalada dini tolerantlıq mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2015 11:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Zaqatalada “Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələri” mövzusunda tədbir keçirilib.
Zaqatalada dini tolerantlıq mövzusunda tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Zaqatalada "Azərbaycanda dini tolerantlıq və multikulturalizm ənənələri" mövzusunda tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, yerli ziyalıların, o cümlədən rayonun Muxax, Zəyəm və Yuxarı Çardaxlar kəndlərinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədova açıb. O, Prezident İlham Əliyevin "Azərbaycanda multikulturalizm həyat tərzidir" fikrini əsas götürərək xalqımızın çoxəsrlik multikultural dəyərlərindən, ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin təmsilçilərinə eyni münasibətin göstərilməsindən bəhs edib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov, DİN Zaqata rayon Polis Şöbəsinin polis sahə rəisi Aqşin Gülməmmədov, Ağbirçəklər Şurasının sədri Sona Qazıyeva, Muxax kəndinin imamı Abdurahman Rəcəbov, RİH-nin əməkdaşı Rəfiqə Bağırova da çıxış edərək bildiriblər ki, dini dəyərlərimizi öyrənən zaman unutmamalıyıq ki, hər birimiz azərbaycanlıyıq, həm dinimizlə, həm biliyimizlə bu dövlətə xidmət etməli, onun adını ucaltmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti