...

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Cəmiyyət Materials 1 May 2015 12:48 (UTC +04:00)
Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlhamə İsabalayeva/

Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti