...

Həbsdə olan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi ilə yaxın günlərdə görüş olacaq

Cəmiyyət Materials 14 May 2015 16:33 (UTC +04:00)
Səbail rayon məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
Həbsdə olan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi ilə yaxın günlərdə görüş olacaq

Azərbaycan, Bakı, 14 may /Trend/

Səbail rayon məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Trend-ə bildirib ki, Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

O bu günlərdə R.Məmmədovla görüşəcəyini deyib: "Onun saxlanma şəraiti və səhhəti ilə maraqlanacağam".

E.Behbudov qeyd edib ki, R.Məmmədov dövlət tərəfindən vəkillə təmin olunub və hazırda istintaq aparılır.

Qeyd edək ki, martın 4-də Azərbaycan Prezidenti İlham Əliyev R.Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

R.Məmmədov həmçinin "Azİmport" şirkətinin sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti