...

Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı mühüm dövlət tədbirləri həyata keçiriləcək

Cəmiyyət Materials 15 May 2015 13:02 (UTC +04:00)
Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı mühüm dövlət tədbirləri həyata keçiriləcək.
Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı mühüm dövlət tədbirləri həyata keçiriləcək

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı mühüm dövlət tədbirləri həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, yəqin ki, həmişə olduğu kimi Azərbaycan Prezidentinin xüsusi sərəncamı olacaq: "Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin təşkili və keçirilməsi haqqında" sərəncam hazırlanır.

Əli Həsənovun sözlərinə görə, daha sonra bu tədbirlərin reallaşması məqsədi ilə PA-nın rəhbərinin tədbirlər planı təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti