...

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə keçirilən qəbul imtahanının nəticəsi açıqlandı

Cəmiyyət Materials 20 May 2015 15:23 (UTC +04:00)
TQDK Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün mayın 17-də keçirdiyi test imtahanının nəticələrini elan edib.
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə keçirilən qəbul imtahanının nəticəsi açıqlandı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün mayın 17-də keçirdiyi test imtahanının nəticələrini elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, imtahanda 10 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunub.

Müsahibə mayın 21-də TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti