...

Ombudsman Aparatı Xətai və Nizami rayon polis idarələri ilə bağlı DİN-ə müraciət edəcək

Cəmiyyət Materials 21 May 2015 09:27 (UTC +04:00)
Ombudsman Aparatı Xətai və Nizami rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində aparılan araşdırmalarla bağlı DİN-ə müraciət edəcək.
Ombudsman Aparatı Xətai və Nizami rayon polis idarələri ilə bağlı DİN-ə müraciət edəcək

Azərbaycan, Bakı, 21 may /Trend/

Ombudsman Aparatı Xətai və Nizami rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində aparılan araşdırmalarla bağlı DİN-ə müraciət edəcək. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Xətai və Nizami rayon polis idarələrinin müvəqqəti saxlama yerlərinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.
Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilmiş, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməmiş, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuş, hüquqi məsləhətlər verilib.

Müəssisə rəhbərliklərinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti