...

Ombudsmanın nümayəndələri İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova və digərləri ilə görüşüblər

Cəmiyyət Materials 21 May 2015 18:56 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında başçəkmə həyata keçiriblər.
Ombudsmanın nümayəndələri İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova və digərləri ilə görüşüblər

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmədə məqsəd müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüb, qəbul edilmiş şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Bəzilərinin istintaqın qeyri-obyektiv aparılması və digər məsələlərlə bağlı ombudsmana ünvanlanmış müraciətlərin araşdırılması və qanun çərçivəsində tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə göndərilib, onlara qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, ombudsmanın səlahiyyətləri izah edilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti