...

Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 22 May 2015 14:12 (UTC +04:00)
Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib.
Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 22 may /Trend/

Vergilər naziri Fazil Məmmədov Şabranda vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə qəbul mayın 22-də vergilər naziri Fazil Məmmədov tərəfindən Şabran rayonunda Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılan bu imkandan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti