Professor Nərgiz Paşayeva: Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun

Professor Nərgiz Paşayeva: Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın AZƏRTAC-a müsahibəsi

-Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin və tarixinin araşdırılması beynəlxalq elm aləminin diqqətindən kənarda qalıb. Sizcə, təşkil edilən elmi konfransın bu baxımdan əhəmiyyəti nədən ibarətdir?

-Sabahkı konfrans Oksford Universitetində yaradılmış və onun səlahiyyətli bir qurumuna çevrilmiş Nizami Gəncəvi adına Mərkəzin ilk elmi konfransıdır. Şübhəsiz ki, belə bir tərkibdə və belə bir çevrədə təqdim olunan konfrans özlüyündə ortaya bir çox mühüm məsələləri qoyur. Birinci mühüm məsələ odur ki, artıq deyildiyi kimi burada səsləndirilən hər bir fikir, irəli sürülən hər bir elmi mülahizə auditoriyada qalmır, dünyanın bütün elmi dairələrinə çatdırılır. Çünki Oksfordun yürütdüyü mülahizələr, qəbul etdiyi dəlillər artıq dünyada sınaqdan keçirilmiş elmi meyarlardır. Bu baxımdan əlbəttə ki, bizim Mərkəzin keçirdiyi konfransın əhəmiyyəti çox böyükdür. Konfransda iştirak edən alimlər bu gün öz sahələrində ən sanballı, ən məşhur və nüfuzlu alimlərdir. Bu isə sözsüz ki, tədbirin səviyyəsinin əsas göstəricisidir.

-Ötən il AZƏRTAC-a verdiyiniz müsahibədə Nizami Gəncəvi adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin fəaliyyəti və layihələri haqqında nə deyə bilərsiniz?

-Layihələrin sadalanması doğrudan da sevindiricidir. Məsələn, fərəhli hal odur ki, Bertelsin 1941-ci ildə nəşr olunmuş və təəssüf ki, heç vaxt yenidən rus dilində dərc edilməmiş "Böyük Azərbaycan şairi Nizami Gəncəvi" kitabını biz burada, Oksfordda ingilis dilinə tərcümə edirik. Bu ilin sonuna qədər bu kitabın həm Oksfordda, həm də Azərbaycanda təqdim olunması nəzərdə tutulur. Alimlər və peşəkar dairələr, bu işin fərqində olanlar üçün bu, çox böyük hadisədir. Çünki Bertelsin kitabının ingilis versiyasını bu vaxta qədər heç kəs hazırlamamışdı. Əgər bunu Oksford kimi böyük bir universitet, onun şərqşünaslıq fakültəsi tərcümə edib ortaya qoyursa, artıq bu kitabı bütün dünya tanıyacaq.

Bundan başqa, biz 3 magistrant və 3 aspirant hazırlığı ilə məşğuluq. Hazırlıq nədən ibarətdir? İmtahan vermək lazımdır. Oksford müəllimlərinin və professorlarının sınağından keçmək lazımdır. Sınaqdan keçən hər kəs bu uğuru qazanacaq. Əlbəttə ki, biz bu imkanı layiq olana verəcəyik.

Bundan əlavə, biz təkcə şərqşünaslıq və ədəbiyyatşünaslıq deyil, elmin hər hansı bir başqa sahəsi ilə də məşğul olan, Oksford Universiteti ilə əlaqə yaratmaq istəyən hər bir kəsə universitetin qaydaları çərçivəsində yardım etmək səlahiyyətinə malikik. Konfransdan bir gün əvvəl universitetin rəhbərliyi ilə görüşdə mənə dedilər ki, gələcəkdə bizi yalnız Qafqaz regionu deyil, həmçinin Orta Asiya bölgəsində təmsil edən bir mərkəz olaraq görmək istəyirlər. Artıq iki ildir ki, birgə çalışırıq. Burada etimad qazanmışıq və bu müddət ərzində onlar bizim elmi biliyimizi, bacarığımızı, tərəfdaşlıq qabiliyyətimizi qiymətləndiriblər və bu qiymət yüksəkdir.

-Bu layihəyə təbii ki, Azərbaycanda böyük maraq göstərilir. Belə ki, Nizami Gəncəvi adına Mərkəz Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu, böyük nailiyyətdir. Siz bunu necə izah edərdiniz və maraqlananlar Mərkəzin fəaliyyətində necə iştirak edə bilərlər?

-Bilirsiniz, ən əsası odur ki, bacarıqlı, əməksevər gənclər olsunlar. Doğrudur, XIII əsrdən fəaliyyət göstərən Oksford Universiteti ödənişli əsaslarla təhsil verir. Amma bu o demək deyil ki, maliyyə imkanı olan hər bir kəs buraya daxil ola bilər. Bu nüfuzlu təhsil ocağına yaxınlaşmaq burada təhsil almaq üçün maddi vəsait demək olar ki, ən axırıncı şərtdir. Vacib olan bacarıq və bilik, çalışqanlıq, səbir və təmkindir. Tədricən kamilləşərək irəli getmək arzusu olmalıdır. Elm biznes sahəsi deyil, buraya addım-addım, özündən əvvəlkiləri yaddan çıxarmayaraq, üstündən xətt çəkməyərək gəlirsən. Sən özündən qabaq olanları və çox işlər görənləri unutmayaraq irəli gedə bilərsən.

Ən əsası odur ki, biz burada heç də formal, müvəqqəti funksiya daşımırıq. Bu gün fəaliyyət göstərən və Azərbaycanı təmsil edən Nizami Gəncəvi adına Elmi Mərkəz Oksfordda daimi olmalıdır və olacaqdır. Çünki məhz belə olduğu halda ölkənin də, vətənin də, vətəndaşın da nüfuzu, dəyəri artır.

-Səkkiz yüz illik tarixə malik və bir çox dünya şöhrətli alim və ictimai xadim yetişdirən məşhur Oksford Universitetində təmsil olunan ilk azərbaycanlı alim olaraq hisslərinizi necə ifadə edərdiniz?

- Mənə elə gəlir ki, bu həm reallıq, həm də əfsanədir. Mən bu gün Oksforda gələndə məni ən istəkli və fəxri qonaq kimi qarşıladılar. Mənə dedilər ki, bu bütün fəaliyyətini universitetə və tələbələrə həsr etmiş, universiteti təmsil edən adamların görüşüdür. "Biz belə insanları həmişə qorumağa, onlara dəstək olmağa hazırıq". Bu sözlər yüksək etimadın ifadəsidir, insan üçün böyük sevincdir. Belə məqamda fikirləşirsən, nə yaxşı ki, 33 ildir öz peşənlə, fikrimcə ən yaxşı peşə ilə - müəllimlik və elmlə məşğulsan. Oksford Universitetinin qapısını açmaq, onun kollektivinə qovuşmaq mənim üçün çox böyük qürurdur.

Azərbaycanda məşhur alimlər olub, burada böyük elmi potensial formalaşıb. Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış deyil. Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun. Bu isə bir günün, bir saatın ərzində, ani istəklə ərsəyə gələn bir iş deyil. Bu, böyük əmək, zəhmət və ürəkyanğısı tələb edir. Burada Oksfordda heç kim heç kimdən asılı deyil, lakin hamı həqiqətdən asılıdır və ona xidmət edir.

2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Loading Bars
Xəbər lenti
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
MDU və Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib (FOTO)
Ermənistanda siyasi qüvvələr Qarabağla bağlı sərsəm bəyanat səsləndirməklə xal qazanmaq istəyirlər - Politoloq
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 19 apreldə köçürüləcək
Media nümayəndələri reabilitasiya müəssisəsində qazilərimizə göstərilən xidmətlərlə tanış edilib (FOTO)
Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur - Armen Sarkisyan
Sahibə Qafarova rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib (FOTO)
Merkel "AstraZeneca" vaksini ilə peyvənd olunub
48 nəfərin əmək müqaviləsi olmadan işə cəlb olunduğu aşkar edilib
TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə təlim-metodiki toplantı keçirilib (FOTO)
Fermerlərin 92,06 faizinə subsidiya ödənilib
Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Prezident İlham Əliyev: Pirşağıda həmişə yaxşı şanı üzümü var idi – ağ şanı, qara şanı
Tərtər Regional qaz istismarı İdarəsinə yeni rəis təyin olundu
Aİ-nin xüsusi nümayəndəsinin David Babayanla görüşü separatizmin stimullaşdırılmasına xidmət edir
Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası təsis olunub (FOTO)
Belarus hər zaman Azərbaycana dost ölkə olub - Deputat
Azərbaycan Beynəlxalq Bankından süni intellekt sahəsində beynəlxalq konfransa dəstək
Aİ ötən il inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
Bağçalarda 2 milyonluq yeyinti iddiası barədə AÇIQLAMA
Mərdəkan, Buzovna və Maştağa qəsəbələri də Balaxanı kimi abadlaşacaq
Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb
Qarabağ separatçılarının "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
Bütün xəbərlər