...

Avropanın nüfuzlu KİV-ləri: Azərbaycanın dünyəvilik modeli digər dövlətlər üçün də nümunə ola bilər

Cəmiyyət Materials 25 İyun 2015 17:57 (UTC +04:00)
Avropanın nüfuzlu "EU Reporter" portalı və "The Brussels Times Magazine" elektron jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində “Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi” adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi barədə geniş yazı yayımlayıb.
Avropanın nüfuzlu KİV-ləri: Azərbaycanın dünyəvilik modeli digər dövlətlər üçün də nümunə ola bilər

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Avropanın nüfuzlu "EU Reporter" portalı və "The Brussels Times Magazine" elektron jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində "Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi" adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi barədə geniş yazı yayımlayıb.

Şuradan Trend-ə verilən məlumata görə, dərc edilən məqalələrdə "Azərbaycanda dünyəvilik" adlı hesabat geniş şərh olunaraq ölkəmizdə radikalizmə qarşı aparılan uğurlu işlərin effektivliyi bir daha vurğulanıb və Azərbaycanın dünyəvilik modelinin digər dövlətlər üçün də "nümunəvi model" ola biləcəyi diqqətə çatdırılıb.

Yazıda qeyd edilir ki, çoxmillətli ölkə olmasına baxmayaraq, Azərbaycan dini ahəngdarlıq baxımından özünəməxsus və uğurlu bir model yaratmağı bacarıb. Azərbaycan cəmi 9 milyon əhalisi olan bir ölkə olsa da, dünyəvilik modeli unikaldır və dünyada yaşayan 1.5 milyardlıq müsəlman dünyası üçün sülh və sabitliyin inkişafına töhfə ola bilər.

Ətraflı: http://www.eureporter.co/.../azerbaijani-academic-touts-prom.../
http://www.brusselstimes.com/.../a-new-report-says-that-there...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti