...

Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 27 İyun 2015 13:10 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 30-da Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) 29 iyun 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti