...

General: Azərbyaycanda müddətli hərbi qulluqçuların ehtiyata buraxılmaması yalandır

Cəmiyyət Materials 8 İyul 2015 11:09
Həqiqi hərbi xidmət müddətini başa vurmuş müddətli hərbi qulluqçuların saxlanaraq ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.
General: Azərbyaycanda müddətli hərbi qulluqçuların ehtiyata buraxılmaması yalandır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

Həqiqi hərbi xidmət müddətini başa vurmuş müddətli hərbi qulluqçuların saxlanaraq ehtiyata buraxılmaması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəis müavini, general-mayor Novruzəli Orucov deyib.

SHXÇDX-nin rəis müavini qeyd edib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir".

N.Orucov həmçinin bildirib ki, gənclərin orduya marağı çox böyükdür: "Orduya çağırışdan yayınma halları demək olar ki, yoxdur. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından sonra gənclərimiz Vətənin xidmətində durmaq üçün daha da həvəsləniblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti