Azərbaycan, Bakı, 16 iyul /Trend/
Rusiya FHN-si Yəməndən Rusiya və MDB ölkələri vətəndaşlarının köçürülməsi ilə bağlı təxliyə tədbirlərini həyata keçirib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, köçürülən 118 nəfərdən 17-i uşaqdır. Təxliyyə edilənlər arasında 42 nəfər Özbəkistan, 42 nəfər Yəmən, 13 nəfər Rusiya, 8 nəfər Ukrayna, 7 nəfər Tacikistan, 3 nəfər Moldova, 2 nəfər Efiopiya, həmçinin 1 nəfər Azərbaycan vətəndaşı var.
Uçuş zamanı sərnişinləri həkimlər müşayiət edib.