...

Kolleclərə sənəd verməyə gecikən abituriyentlər üçün yeni şans

Cəmiyyət Materials 21 İyul 2015 17:20 (UTC +04:00)
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək imkanı yaradılıb.
Kolleclərə sənəd verməyə gecikən abituriyentlər üçün yeni şans

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək imkanı yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən cari ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizə təqdim etmək istəyənlər https://eservices.tqdk.gov.az/erizebak/Qrup5_OI/PageParol.aspx?frm=egov linkinə daxil ola bilərlər.

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti