...

Bakı şəhər Baş Polis İdarəsi mətbuat nümayəndələrini təbrik edir

Cəmiyyət Materials 22 İyul 2015 12:55 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan Milli Mətbuatının 140 illik yubleyi münasibəti ilə bütün mətbuat nümayəndələrini təbrik edir.
Bakı şəhər Baş Polis İdarəsi mətbuat nümayəndələrini təbrik edir

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycan Milli Mətbuatının 140 illik yubleyi münasibəti ilə bütün mətbuat nümayəndələrini təbrik edir.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, bu gün yol-hərəkət qaydaları ilə bağlı təbliğat işlərinin aparılmasında mətbuat nümayəndələrinin müstəsna xidmətləri var: "Yol-nəqliyyat hərəkətləri ilə bağlı əldə edilən naliyyətlərdə polis əməkdaşları ilə yanaşı mətbuat nümayəndələrinin də fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çünki vaxtında, düzgün, qərəzsiz məlumatlar öz təsirini göstərir".

V.Əsədov bildirib ki, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı mətbuat nümayəndələrinin yaydığı təbliğat xarakterli sosial roliklər, yazılar yol-nəqliyyat hadisələrinin sayının minimuma enməsinə öz təsirini göstərib: "Bütün mətbuat nümayəndələrini bir daha təbrik edirəm. Bayramınız mübarək!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti